Azərbaycan və Pakistan audit sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan və Pakistan audit sahəsində əməkdaşlıq sazişi imzalayacaq



Azərbaycan və Pakistan audit sahəsində əməkdasliq sazisi imzalayacaq.jfif

Auditorlar Palatasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Pakistan-Azərbaycan Ticarət Palatasının rəhbəri Xurram Bati ilə görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.

Məlumata görə, qonaqları salamlayaraq Palatanın sədri Vahid Novruzov iki ölkə arasındakı möhkəm dostluq münasibətlərini qeyd etməklə, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini vurğulamaqla, 44 günlük II Vətən müharibəsində də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında audit və mühasibatlıq sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqların tövsiyələri ilə Azərbaycanın Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında audit və kadr hazırlığı sahəsində qısa vaxt ərzində əməkdaşlığa dair sazişin imzalanması məsələləri nəzərdən keçirilib.

Daha sonra V.Novruzov Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyinə dair cari ilin sentyabr ayında keçirilmiş beynəlxalq elmi-praktik konfransdan bəhs edərək Prezident İlham Əliyevin müstəqil auditə göstərdiyi diqqət və qayğını vurğulamış, Azərbaycanda həyata keçirilən şəffaf strategiyada müstəqil auditin oynadığı rol barədə qonaqları məlumatlandırıb.





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycan-ve-pakistan-audit-sahesinde-emekdasliq-sazisi-imzalayacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.