Azərbaycanda 135 mindən çox təhsil işçisi peyvənd olunub

Azərbaycanda 135 mindən çox təhsil işçisi peyvənd olunub



Azərbaycanda 135 mindən cox təhsil iscisi peyvənd olunub

Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

“Peyvəndlənmədə iştirak edənlərin səhhətində ciddi problem müşahidə edilməyib”, – nazirlikdən bildirilib.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/azerbaycanda-140-mine-yaxin-tehsil-iscisi-peyvend-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.