Azərbaycanda 2064 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycanda bu gün koronavirus infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.





Mənbə: https://report.az/sehiyye-xeberler/azerbaycanda-2064-nefer-koronavirusa-yoluxub-28-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.