Azərbaycanda 5 günlük bayram tətili başlayıb

Azərbaycan BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib



Azərbaycan BMT nin Yuksək Səviyyəli Panelinin yaradilmasini təklif edib

Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

“Report” xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.

Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.





Mənbə: https://report.az/daxili-siyaset/azerbaycanda-5-gunluk-bayram-tetili-baslayib2/

Comments are closed, but trackbacks and pingbacks are open.