Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi təklif edilir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycanda həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

“Report”un xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təklif olunur.





Mənbə: https://report.az/sosial-mudafie/azerbaycanda-atalara-odenisli-mezuniyyet-verilmesi-teklif-edilir/

Comments are closed, but trackbacks and pingbacks are open.