Azərbaycanda bir gündə 206 toy olub

Bu gündən toylarda hər kəsdən COVİD pasportu tələb olunacaq


Azərbaycanda iyulun 1-dən bu günə – 68 gün ərzində 14 min nikah qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.

Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136179

Comments are closed, but trackbacks and pingbacks are open.