Azərbaycanda daha 1 277 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Dünyada koronavirusa yoluxanların sayı 220,2 milyon nəfəri ötüb


Azərbaycanda ötən sutka koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib. 12 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, bu günə qədər isə ümumilikdə 4 969 881 test icra olunub.

Azərbaycanda daha 1 277 nəfər koronavirusa yoluxub 15 nəfər olub





Mənbə: https://report.az/sehiyye-xeberler/azerbaycanda-daha-1277-nefer-koronavirusa-yoluxub-15-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.