Azərbaycanda daha 2077 nəfər koronavirusa yoluxub, 33 nəfər vəfat edib

Gəncədə müəllim koronavirusdan dünyasını dəyişib


Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. 40 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, bu günə qədər isə ümumilikdə 4 675 110 test icra olunub.

Azərbaycanda daha 2077 nəfər koronavirusa yoluxub 33 nəfər vəfat edib





Mənbə: https://report.az/sehiyye-xeberler/azerbaycanda-daha-2077-nefer-koronavirusa-yoluxub-33-nefer-vefat-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.