Azərbaycanda daha 212 nəfər COVID-19-a yoluxub – Yenicag.Az

Azərbaycanda daha 212 nəfər COVID-19-a yoluxub – Yenicag.Az


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331629 nəfər müalicə olunaraq sağalıb, 4999 nəfər vəfat edib, aktiv xəstə sayı 2646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, ötən müddət ərzində isə ümumilikdə 3943568 test aparılıb.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/azerbaycanda-daha-212-nefer-covid-19-a-yoluxub/

Comments are closed, but trackbacks and pingbacks are open.