Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 56 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 56 % artıb



Azərbaycanda dovlət xətti ilə ipoteka kreditləsməsi 56 artib

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 282,4 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,45% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,8 dəfə artaraq 281,5 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə vəsaitlərin həcmi isə dəyişməyərək 3,2% artaraq 160 milyon manata çatıb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat olub.





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycanda-dovlet-xetti-ile-ipoteka-kreditlesmesi-56-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.