Azərbaycanda geyim istehsalı 10 % azalıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 79 milyon manatlıq geyim istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda üst geyim istehsalı 417,2 min ədəd (1 il əvvələ nisbətən 3 dəfə çox), alt geyim istehsalı 442,5 min ədəd (50,3 % çox), corab məmulatları istehsalı 2 milyon 059,1 min cüt (18,1 % çox), kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri istehsalı 188,5 min ədəd (76,6 % az), qadın və ya qızlar üçün kostyum və komplektləri istehsalı 4 487 ədəd (2,2 dəfə çox) təşkil edib.





Mənbə: https://report.az/senaye/azerbaycanda-geyim-istehsali-10-azalib/

Comments are closed, but trackbacks and pingbacks are open.