Azərbaycanda koronavirusdan vəfat edən jurnalistlərin sayı açıqlandı

Azərbaycanda koronavirusdan vəfat edən jurnalistlərin sayı açıqlandı


Azərbaycanda ötən il jurnalistlər arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 288 nəfərə yaxın olub.

Axşam.az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib.

Xatırladılıb ki, 2020-ci ildə ölkədə 117 jurnalist COVID-19-a yoluxub.

Bildirilib ki, 2020-2021-ci illərdə infeksiyaya yoluxan jurnalistlərin ümumi sayı 405 nəfərə çatıb.

“COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb”, – qeyd olunub.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140926

Comments are closed, but trackbacks and pingbacks are open.