Azərbaycanda küçəyə atılan körpənin VƏZİYYƏTİ açıqlandı – FOTO / YENİLƏNDİ – Yenicag.Az

Azərbaycanda DƏHŞƏT – Daha bir körpə küçəyə atıldı


“Ağcabədi rayonunda küçəyə atılan körpənin vəziyyəti yaxşıdır”.

Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib.

“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, – xəstəxanadan bildirilib.

***

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.

Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.

***

13:22

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.

Azərbaycanda daha bir korpə kucəyə atildi – FOTO – YenicagAz

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/azerbaycanda-kuceye-atilan-korpenin-veziyyeti-aciqlandi-foto-yenilendi/

Comments are closed, but trackbacks and pingbacks are open.