Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxıldı – Yenicag.Az

Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxıldı – Yenicag.Az


Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.

Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/azerbaycanda-vezifeli-sexse-elektron-qolbaq-taxildi/

Comments are closed, but trackbacks and pingbacks are open.