Azərbaycandakı siyasi partiya, QHT və KİV-lərin sayı açıqlanıb

Azərbaycandakı siyasi partiya, QHT və KİV-lərin sayı açıqlanıb



Azərbaycandaki siyasi partiya QHT və KIV lərin sayi aciqlanib

“Bu ilin 6 ayı ərzində Azərbaycanda 76 kommersiya qurumu dövlət qeydiyyatına alınıb”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda qeydiyyata alınan ümumi kommersiya qurumlarının sayı 4766-a çatıb: “Bu qurumlardan 56-sı siyasi partiya, 3332-i QHT, 209-u fondlar, qalanları isə digər qurumların payına düşür.

Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb. Beləliklə, Azərbaycanda uçota alınmış ümumi mətbu nəşrlərin sayı 5382-ə çatıb”.





Mənbə: https://report.az/daxili-siyaset/azerbaycandaki-siyasi-partiya-qht-ve-kiv-lerin-sayi-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.