Azərbaycanın mədəniyyət xadimləri Bülbülün ev muzeyində olub 

Azərbaycanın mədəniyyət xadimləri Bülbülün ev muzeyində olub 



Azərbaycanin mədəniyyət xadimləri Bulbulun ev muzeyində olub

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

“Report” xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyində olublar.

Nümayəndə heyəti ev muzeyində Bülbülün şəxsi əşyaları ilə tanış olub, ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan azad ediləndən sonra hazırlanan yeni büstünə baxış keçiriblər.

Qeyd edək ki, Şuşa şəhərində Üzeyir Hacıbəyli – XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.





Mənbə: https://report.az/incesenet-xeberleri/azerbaycanin-medeniyyet-xadimleri-bulbulun-ev-muzeyinde-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.