Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub



Azərbaycanin olimpiya cempionu koronavirusa

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

Bu barədə “Report”a 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: “Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb”.

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina “Qaradağ” həndbol klubunun prezidentidir.





Mənbə: https://report.az/ferdi/azerbaycanin-olimpiya-cempionu-koronavirusa-yoluxdu/

Comments are closed, but trackbacks and pingbacks are open.