Azərbaycanın quruda yerləşən yatağı ARDNF-ə ödənişləri 15 % artırıb

Səudiyyə Ərəbistanı yaxın aylarda neft hasilatını artıracaq



Azərbaycanin quruda yerləsən yatagi ARDNF ə odənisləri 15 artirib

2020-ci ildə Azərbaycanın quruda yerləşən Zığ-Hövsan neft yataqları bloku üzrə faktiki illik hasilat 0,48 milyon barrel proqnoza qarşı 0,43 milyon barrel və yaxud 90,51 % təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə daxilolmalar 722,1 min ABŞ dolları və yaxud nəzərdə tutulmuş proqnozdan 15 % daha çox olub.

Neft hasilatı proqnozunun yerinə yetirilməməsi pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin aşağı düşməsi səbəbindən qazma işlərinin dayandırılması və OPEC+ razılaşmasına uygun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır. Təqdim olunan proqnozla müqayisədə Dövlət Neft Fonduna ödənişlərin artması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, “Hövsan-Zığ” quru yataqların işlənməsi üzrə PSA tipli müqavilə 2006-cı il noyabrın 19-da imzalanıb. Müqavilənin iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR – 25 %) və Rusiyanın Global Invest şirkətidir (75 %).

2008-ci ilin noyabrın 3-də “RusNeft” şirkəti və SOCAR arasında Azərbaycan ərazisindəki “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsünə dair saziş bağlanıb. “Zığ” və “Hövsan” yataqları Abşeron yarımadasının cənub hissəsində yerləşir. “RusNeft” şirkətinə işlənilməyə verilən həmin quru yataqları blokunun ərazisi 65 kvadratkilometrdir. İlkin hesablamalara görə, bu yataqlardakı çıxarıla bilən qalıq neft ehtiyatlarının həcmi 12 milyon tona çatır.

“Hövsan –Zığ” yataqlar blokunun işlənilməsi ilə “Absheron Operating Company” məşğul olur.

”Zığ” yatağında neft hasilatına 1935-ci ildə, “Hövsan” yatağında isə 1948-ci ildə başlanılıb.





Mənbə: https://report.az/energetika/azerbaycanin-quruda-yerlesen-yatagi-ardnf-e-odenisleri-15-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.