Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb



Azərbaycanin U 19 yigmasi secmə mərhələyə məglubiyyətlə baslayib

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayıb.

“Report”un məlumatına görə, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqun Vilts şəhərindəki “Poetz” stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qolu 27-ci dəqiqədə Mahmud Ağayev vurub. Qonaqlardan Yohan Bakayoko, Tur Rommens, Mario Stroykens, Luka Oyen fərqləniblər. Digər qolu isə Süleyman Damadayev öz qapısından keçirib.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 16-da meydan sahibi olan Lüksemburqa qarşı keçirəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycanin-u-19-yigmasi-secme-merheleye-meglubiyyetle-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.