Azərbaycanın üzv olduğu beynəlxalq bankın kredit reytinqi yüksəldilib

Azərbaycanın üzv olduğu beynəlxalq bankın kredit reytinqi yüksəldilib



Azərbaycanin uzv oldugu beynəlxalq bankin kredit reytinqi yuksəldilib

İlk xəbər saat 10:43-də verilib

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) uzunmüddətli və qısamüddətli kredit reytinqini “A-/A-2” səviyyəsindən “A/A-1” səviyyəsinə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, reytinqi üzrə proqnoz “Sabit”dir.

“S&P” bəyan edib ki, kredit reytinqinin artırılması son 3 ildə BSTDB-nin sağlam kredit portfelinin artmasına, eləcə də Bankın səhmdarlarının kapital artımı ilə bağlı son qərarına əsaslanır.

“BSTDB-nin davamlı və çox güclü maliyyə risk profili var. Koronavirus (COVID-19) pandemiyası Bankın aktivlərinin keyfiyyətinə cüzi təsir göstərib. Bu da BSTDB-nin son 10 ildə tam səviyyəli təkmilləşdirilməsi ilə bağlıdır və idiki misli görünməmiş qlobal sosial-iqtisadi təlatümlər dövründə müsbət təsirini göstərir, Bankın gələcək inkişafı üçün güclü zəmin yaradır”,- deyə BSTDB-nin prezidenti Dmitri Pankin bildirib.

Xatırladaq ki, BSTDB Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Yunanıstan, Bolqarıstan və Albaniyanın iştirakı ilə 1997-ci ildə yaradılmış beynəlxalq maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən Bankın nizamnamə kapitalı 3,45 milyard avrodur. BSTD üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələrin, eləcə də ticarət maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycanin-uzv-oldugu-bankin-kredit-reytinqi-yukseldilib/

Comments are closed, but trackbacks and pingbacks are open.