Azərbaycanın XİN başçısı Belqradda “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib

Azərbaycanın XİN başçısı Belqradda "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət edib



Azərbaycanin XIN bascisi Belqradda Biz sadəcə usaqlar idik abidəsini ziyarət

Qoşulmama Hərəkatının 60 illik yubileyi münasibətilə Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində nazir Ceyhun Bayramov Belqradda yerləşən “Taşmaydan” parkına gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ehtiramla yad edib, önünə gül dəstələri düzüb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir, həmçinin həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyub.





Mənbə: https://report.az/xarici-siyaset/azerbaycanin-xin-bascisi-belqradda-biz-sadece-usaqlar-idik-abidesini-ziyaret-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.