Azərbaycanla Pakistan arasında logistika əməkdaşlığı genişlənir

Azərbaycanla Pakistan arasında logistika əməkdaşlığı genişlənir



Azərbaycanla Pakistan arasinda logistika əməkdasligi genislənir

Pakistanın “National Logistics Cell” (NLC) şirkəti ilk dəfə bu ölkədən Azərbaycana birbaşa logistika əməliyyatını həyata keçirib.

“Report” xəbər verir ki, ötən gün Azərbaycana dost ölkədən məhsullar daşıyan yük maşınları karvanı gəlib və tezliklə ölkəmizin məhsulları ilə Pakistana yola düşəcək.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haee bildirib ki, logistika sahəsində əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı qardaşlığın daha bir nümunəsidir:

“Azərbaycan ilə Pakistan coğrafi mənada bir-birinə çox yaxın olmasa da, daşımalar birbaşa həyata keçiriləcək. Pakistanın böyük bazarı Azərbaycan üçün geniş imkanlar açır”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayevin fikrincə, bu logistika əməliyyatı gələcəkdə Pakistan ixracat məhsullarının Avropaya daşınacağı yeni bir nəqliyyat dəhlizinin əsasını qoya bilər.

Qeyd edək ki, NLC təqdim etdiyi logistika xidmətləri çərçivəsində müxtəlif nəqliyyat vasitələri – avtomobil, dəmir yolu, gəmi, təyyarə ilə mal daşımaları həyata keçirir.





Mənbə: https://report.az/infrastruktur/azerbaycanla-pakistan-arasinda-logistika-emekdasligi-genislenir/

Comments are closed, but trackbacks and pingbacks are open.