“Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası keçirəcək

"Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası keçirəcək



Azəriqaz Salyanda Aciq mikrofon aksiyasi kecirəcək

Sentyabrın 16-sı saat 11:00-dan 13:00-dək Salyan rayonunun Təzəkənd kəndində quraşdırılacaq “Açıq mikrofon” yerli istixana sahiblərinin problem və təkliflərinin dinlənilməsinə xidmət edəcək.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, hər bir sahibkar aksiyaya qoşulmağa dəvət edilir.

“Azəriqaz” İB sosial məsuliyyətdən irəli gələn addımlar çərçivəsində sahibkarlara dəstək aksiyasını davam etdirir. Təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti göstərən subyektlərinin davamlı olaraq mavi yanacaqla təmin edilməsi əsas prioritetlərdən biridir.

Fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təchiz olunması sahibkarlıq subyektlərinin daha rentabelli və daha geniş müstəvidə fəaliyyət göstərməsini şərtləndirən amillərdəndir. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasını, sözügedən subyektlərin daha da dayanıqlı olmasını təmin edir. “Azəriqaz” İstehsalat Birliyinin Salyan rayonunda təşkil edəcəyi “Səyyar qəbul otağı”nın məqsəd və məramı da məhz bundan ibarətdir. Dövlət başçımızın ağır pandemiya dövründə sahibkarlara olan xüsusi diqqəti, onlara verilən maddi dəstək, güzəştlər, vergidən azadolunmalar hər birimizin yaxşı yadındadır. Biz də xalqın xidmətçisi olaraq missiyamızı layiqli şəkildə davam etdirməkdə israrlıyıq”, – qurumun açıqlamasında bildirilib.





Mənbə: https://report.az/energetika/azeriqaz-salyanda-aciq-mikrofon-aksiyasi-kecirecek/

Comments are closed, but trackbacks and pingbacks are open.