Siyasət

“Azəriqaz” yanında İctimai Şuraya keçiriləcək seçkilərin II turu mayın 7-nə təyin edilib


“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı dünən keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 faiz səsini toplaya bilməyiblər.

Bunu “Report”a açıqlamasında “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov Birlik yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı keçirilən seçkilərin nəticəsi barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bunun üçün də seçkilərin ikinci turu mayın 7-nə təyin edilib.

C. Səfərov bildirib ki, mayın 7-də səhər saat 11:00-dan-16:00-a qədər “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkiklər keçiriləcək: “Seçkilərin təşkili bu dəfə də “Azəriqaz” İstehsal Birliyinin inzibati binasında nəzərdə tutulub. Artıq ikinci tutda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiləcəklər. Yəni bu namizədlərdən kim daha çox səs toplayarsa, o sıralama ilə namizədlər arasından İctimai Şuraya üzvlər seçiləcək”.

Xatırladaq ki, “Azəriqaz” İB yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb. Vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar Birliyin rəsmi internet səhifəsində yerləşdirilib. İctimai Şuraya seçkilər aprelin 30-da Birliyin inzibati binasında keçirilib.




Mənbə: https://report.az/energetika/azeriqaz-yaninda-ictimai-suraya-kecirilecek-seckilerin-ii-turu-mayin-7-ne-teyin-edilib/

Related Articles

Back to top button