“Az qalsın maşın körpüdən aşırdı”

"Az qalsın maşın körpüdən aşırdı"


Əməkdar artist Abbas Bağırov 2006-cı ildə başına gələn avtomobil qəzasından danışıb.

Axşam.az xəbər verir ki, müğənni “Özəl” verilişində bu haqda söhbət edib. O bildirib ki, ilk dəfə bu haqda söz açıb:

“Dözəcəyəm” mahnısını ifa edəndə 2006-cı il, noyabrın 12-də avtomobil qəzası keçirdim. Heç bunu valideynlərim də bilmir. Heç kimə deməmişəm. Elə bir stress yaşadım ki… Həmin avtomobildə Ayaz Qasımov, qardaşı və Murad Arif var idi. Çəkilişə gedirdik, bu mahnıya qulaq asırdıq. Sürətlə sürmürdüm. Körpünün üstündən keçirdim, elə bil kimsə arxadan avtomobili vurdu, maşın fırlandı, arxası qalxdı göyə, mühərrik qaldı körpüdə. Şoka düşmüşdüm. Bir az artıq hərəkət etsək, maşın körpüdəın aşağı düşəcəkdi. Bizi tutub maşından çıxardılar. Evə gedəndə də valideynlərimə demədim”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134305

Comments are closed, but trackbacks and pingbacks are open.