Azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan “Report”a verilən məlumata görə, yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 6 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad edilən ərazilərdə daha 12 mina askarlanib





Mənbə: https://report.az/hadise/azad-edilen-erazilerde-daha-12-mina-askarlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.