“AZCHEMCO” şirkəti istehsal etdiyi məhsulların birgə realizəsi üçün “SOCAR Logistics” şirkəti ilə müqavilə bağlayıb

“AZCHEMCO” şirkəti istehsal etdiyi məhsulların birgə realizəsi üçün “SOCAR Logistics” şirkəti ilə müqavilə bağlayıb


“EXPO 2020” sərgisində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdə olan “AZCHEMCO” şirkətinin nümayəndələri “SOCAR Logistics” şirkəti ilə istehsal olunan məhsulların birgə realizəsinə dair müqavilə imzalayıblar.

“EXPO 2020” sərgisində iştirak edən şirkət nümayəndələri ilk növbədə Azərbaycanın sərgidə təmsil olunan “high-tech” pavilyonuna baş çəkərək, pavilyonun meneceri Rövlan Əliyevlə görüşüblər. Söhbət əsnasında tərəflər “EXPO 2020” sərgisinin ən innovativ və qeyri-adi memarlıq qurğularından biri olan belə qeyri-adi binanın ərsəyə gətirilməsi üçün işin yüksək zövq və bacarıqla təşkil olunduğunu qeyd etmişlər. Görüş zamanı bir çox mövzulr, o cümlədən “AZCHEMCO” tərəfindən gələn ilin yanvar ayında həyata keçirilməsi nəzərdə tutulan tədbir barəsində fikir mübadiləsi aparılmışdır.

AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics

Şirkət nümayəndələri Azərbaycan istehsalçısı olaraq öz məhsul çeşidlərinin bu ölkələrdə satışının təşkil edilməsi ilə bağlı danışıqlar aparmaq və yeni razılaşmalar əldə etmək məqsədilə Türkmənistan və Özbəkistan unikal pavilyonlarını da ziyarət etmişlər.

“AZCHEMCO” şirkəti – özünə aid forumulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan suda həll olunan toz gübrələrin (NPK) istehsalna başlamış, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün özünə məxsus layihə təqdim edir.

“AZCHEMCO”-nun fəaliyyətinin əsas strateji istiqamətlərindən biri də münbit torpaqlardan istifadənin optimallaşdırılması, şoran torpaqların bərpası və ekoloji cəhətdən təmiz məhsulların yetişdirilməsi sahəsində FAO ilə əməkdaşlıqdır.

1640372164 99 AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics

1640372164 776 AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics

1640372164 123 AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics

1640372164 72 AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics

1640372165 279 AZCHEMCO sirkəti istehsal etdiyi məhsullarin birgə realizəsi ucun SOCAR Logistics





Mənbə: https://report.az/biznes-xeberleri/azchemco-sirketi-istehsal-etdiyi-mehsullarin-birge-realizesi-ucun-socar-logistics-sirketi-ile-muqavile-baglayib/

Comments are closed, but trackbacks and pingbacks are open.