Bərdə sakini hamamda dəm qazından zəhərlənib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bərdədə dəm qazından zəhərlənmə qeydə alınıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, rayonun Hacılı kənd sakini, Mehdiyev Qafur Kamran oğlu yaşadığı evdə hamamda çimərkən halı pisləşib.

Hadisə yerinə çağırılan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.





Mənbə: https://report.az/hadise/berde-sakini-hamamda-dem-qazindan-zeherlenib/

Comments are closed, but trackbacks and pingbacks are open.