Bakı Şəhər Halqası sürücülərə müraciət etdi

Bakı Şəhər Halqası sürücülərə müraciət etdi



Baki Səhər Halqasi suruculərə muraciət etdi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

Bu barədə BŞH-dən “Report”a məlumat verilib.

Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün 9 iyun saat 23:00-dan 10 iyun saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

Sürücülərdən sözügedən saatlarda alternativ yollardan istifadə etmələri və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaları xahiş edilib.





Mənbə: https://report.az/ferdi/baki-seher-halqasi-suruculere-muraciet-etdi/

Comments are closed, but trackbacks and pingbacks are open.