Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Bakıda 10 yaşlı uşağı avtomobil vurub



Bakida 10 yasli usagi avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 2011-ci il təvəllüdlü Məmmədli Adəm İlham oğlunu avtomobil vurub.

Ağır xəsarət alan piyada təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/bakida-10-yasli-usagi-avtomobil-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.