Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb



Bakida 14 yasli qiz ozunu 9 cu mərtəbədən atib

Bakıda yeniyetmə intihara cəhd edib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/bakida-14-yasli-qiz-ozunu-9-cu-mertebeden-atib/

Comments are closed, but trackbacks and pingbacks are open.