Bakıda 2022-ci il atəşfəşanlıqla qarşılanıb

Bakıda 2022-ci il atəşfəşanlıqla qarşılanıb



Bakida 2022 ci il atəsfəsanliqla qarsilanib

Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.

“Report”un məlumatına görə, bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.

Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Beləliklə, 2021-ci il yola salınıb və 2022-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.

Foto: Vüqar Xanlarov





Mənbə: https://report.az/hadise/bakida-2022-ci-il-atesfesanliqla-qarsilanib/

Comments are closed, but trackbacks and pingbacks are open.