Bakıda 32 yaşlı kişi qətlə yetirilib 

Bakıda 32 yaşlı kişi qətlə yetirilib 



Bakida 32 yasli kisi qətlə yetirilib

Bakı şəhərində 32 yaşlı kişi qətlə yetirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.

İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.





Mənbə: https://report.az/hadise/bakida-32-yasli-kisi-qetle-yetirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.