Bakıda 36 yaşlı kişini avtomobil vurub

Bakıda 36 yaşlı kişini avtomobil vurub



Bakida 36 yasli kisini avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Üzeyir Hacıbəyov küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Həşimov Mircəlal Zahid oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/bakida-36-yasli-kisini-avtomobil-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.