Bakıda 4 yaşlı uşağı avtomobil vurub

Bakıda 4 yaşlı uşağı avtomobil vurub



Bakida 4 yasli usagi avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Ataxanlı Ataxan Arif oğlunu yaşadığı evin qarşısında avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/bakida-4-yasli-usagi-avtomobil-vurub74/

Comments are closed, but trackbacks and pingbacks are open.