Bakıda avtomobil 51 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 51 yaşlı qadını vuraraq ağır xəsarət yetirib



Bakida avtomobil 51 yasli qadini vuraraq agir xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sadıqova Nailə Abbas qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Sadıqovaya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/bakida-avtomobil-51-yasli-qadini-vuraraq-agir-xesaret-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.