Gündəm

Bakıda avtomobillə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı


Mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vurub hadisə yerini tərk edib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.




Mənbə: https://report.az/hadise/bakida-avtomobille-piyadani-vuraraq-oldurub-qacan-surucu-saxlanildi/

Related Articles

Back to top button