Gündəm

Bakıda avtomobillə vurulan 17 yaşlı gəncin ayağı sındı


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində, 2004-cü il təvəllüdlü Şirinov Riad Mehman oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ayağının sınığı diaqnozu qoyulub.




Mənbə: https://report.az/hadise/bakida-avtomobille-vurulan-17-yasli-gencin-ayagi-sindi/

Related Articles

Back to top button