Bakıda bayram namazı qılındı – Yenicag.Az

Bakıda bayram namazı qılındı


Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Yenicag.az xəbər verir ki, Bakının “Əjdərbəy” məscidində icra olunan dini ayində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Məsciddə namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Sabah da “Təzəpir” və ölkənin digər məscidlərində namazlar qılınacaq.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Belə ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib./Report/

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/bakida-bayram-namazi-qilindi/

Comments are closed, but trackbacks and pingbacks are open.