Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq



Bakida bu yolda hərəkət məhdudlasdirilacaq

Sabah saat 12:00-dan axşam saatlarına qədər Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək.

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatsa qeyd edilib.





Mənbə: https://report.az/infrastruktur/bakida-bu-yolda-hereket-mehdudlasdirilacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.