Bakıda daha bir marşrutun hərəkət sxemində dəyişiklik edilib

Bakıda daha bir marşrutun hərəkət sxemində dəyişiklik edilib



Bakida daha bir marsrutun hərəkət sxemində dəyisiklik edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində birbaşa gedişi təmin olunacaq.

Sözügedən dəyişiklik 26 noyabrdan tətbiq olunacaq.





Mənbə: https://report.az/infrastruktur/bakida-daha-bir-marsrutun-hereket-sxeminde-deyisiklik-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.