Bakıda ikimərtəbəli ev yanıb, xəsarət alanlar var

Ötən gün baş verən yanğınlarda 3 nəfər xəsarət alıb



Otən gun bas verən yanginlarda 3 nəfər xəsarət alib

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

“Report” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Mənbə: https://report.az/hadise/bakida-ikimertebeli-ev-yanib-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.