Bakıda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib

Bakıda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib



Bakida Vətən muharibəsi səhidinin xatirəsi əbədiləsdirilib

Bu gün Vətən müharibəsi şəhidi Məmmədov Kəmaləddin Vüqar oğlunun doğum günüdür.

“Report” xəbər verir ki, şəhidin 22-ci doğum günündə paytaxtın Xətai rayonunda xatirə lövhəsinin açılış mərasimi olub.

Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə dövlət himni səsləndirilib və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin atası Vüqar Məmmədov oğlunun keçdiyi döyüş yolundan danışıb, aparılan siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.

Şəhidin anası Aygün Məmmədova deyib ki, K.Məmmədov Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində qəhrəmancasına vuruşub.

Vətən müharibəsinin sonuncu günü – noyabrın 9-u səhər saat 05 radələrində Şuşa istiqamətində gedən döyüşlərdə boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olub.

Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə təşəkkür edib.

Sonda məktəb şagirdlərinin ifasında şəhid K.Məmmədova həsr olunan hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərancamı ilə K.Məmmədov “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, Saatlı rayonu Minbaşıllı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!





Mənbə: https://report.az/daxili-siyaset/bakida-veten-muharibesi-sehidinin-xatiresi-ebedilesdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.