Bakıda yol qaydalarını pozan şəxs 20 sutkalıq həbs olunub

Bakıda yol qaydalarını pozan şəxs 20 sutkalıq həbs olunub



Bakida yol qaydalarini pozan səxs 20 sutkaliq həbs olunub

Bakıda yol-hərəkəti qaydalarını pozan şəhər sakini ilə bağlı məhkəmə qərarı elan olunub.

“Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Sadiqov S.Vurğun-Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan şəxs yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.





Mənbə: https://report.az/hadise/bakida-yol-qaydalarini-pozan-seher-sakini-20-sutkaliq-hebs-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.