“Barselona” dünya çempionunu havayı buraxmağa hazırdır

"Barselona" dünya çempionunu havayı buraxmağa hazırdır



Barselona dunya cempionunu havayi buraxmaga hazirdir

İspaniya “Barselona”sı futbolçusu Samuel Umtiti ilə yollarını ayırmaq istəyir.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı müdafiəçini havayı buraxmağa hazırdır.

La Liqa klubu bu yolla xərcləri minimuma endirmək niyyətindədir.

Qeyd edək ki, fransalı oyunçu “Barselona”ya 2017-ci ildə ölkəsinin “Lion” komandasından 25 milyon avro qarşılığında keçib. O, 2018-ci ildə millinin heyətində dünya çempionu olub.





Mənbə: https://report.az/futbol-xeberleri/barselona-dunya-cempionunu-havayi-buraxmaga-hazirdir/

Comments are closed, but trackbacks and pingbacks are open.