“Barselona”nın hücumçusu əməliyyat olunacaq | Report.az

"Barselona"nın hücumçusu əməliyyat olunacaq | Report.az



Barselonanin hucumcusu əməliyyat olunacaq Reportaz

İspaniyanın “Barselona” klubunun futbolçusu Martin Breytueyt əməliyyat olunacaq.

“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu sol dizindəki problem ucbatından cərrahi müdaxiləyə ehtiyac duyacaq.

Danimarkalı oyunçunun bərpa müddəti daha sonra açıqlanacaq.

Qeyd edək ki, Martin Breytueyt cari mövsüm La Liqada 3 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Mənbə: https://report.az/futbol-xeberleri/barselona-nin-hucumcusu-emeliyyat-olunacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.