“Barselona”nın hücumçusunun evi “Espanyol”la oyun zamanı qarət edilib

"Barselona"nın hücumçusunun evi “Espanyol”la oyun zamanı qarət edilib



Barselonanin hucumcusunun evi Espanyolla oyun zamani qarət edilib

İspaniyanın “Barselona”sının hücumçusu Ansu Fatinin valideynləri komandanın “Espanyol”la oyununu televizorda izləyərkən naməlum şəxslər evi qarət ediblər.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Oğurluq zamanı Fati “Kamp Nou” stadionunda olub və tribunadan komanda yoldaşlarının oyununu izləyib. Evin ikinci mərtəbəsinə girən soyğunçular pul, saat və qızıl-zinət əşyalarını çıxarıblar.

On doqquz yaşlı futbolçunun valideynləri ikinci mərtəbədən gələn səs-küy eşidib polisə zəng vurublar, lakin asayiş keşikçiləri gələnədək qarətçilər evi tərk ediblər. Futbolçu polisə müraciət edib.

Qeyd edək ki, “Barselona” “Espanyol”la görüşdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu niderlandlı hücumçu Memfis Depay vurub.





Mənbə: https://report.az/futbol-xeberleri/barselona-nin-futbolcusunun-evi-espanyol-la-oyun-zamani-qaret-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.