Baş nazir: “Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir”

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"



Bas nazir Gurcustan Azərbaycan dostluq munasibətləri yuksək səviyyədədir

“Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinim açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “İki ölkə arasında dostluq münasibətləri yüksək səviyyədədir”.

Baş nazir deyib ki, SOCAR Gürüstanda ən böyük investor şirkətlərdən biri olmaqla yanaşı, sosial layihələr də həyata keçirir: “Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir. SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edirəm”.





Mənbə: https://report.az/xarici-siyaset/bas-nazir-gurcustan-azerbaycan-dostluq-munasibetleri-yuksek-seviyyededir/

Comments are closed, but trackbacks and pingbacks are open.