Baş nazir: “Gürcüstan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”

İrakli Qaribaşvili: "Gürcüstanda növbədənkənar seçkilər keçirilməyəcək"



Irakli Qaribasvili Gurcustanda novbədənkənar seckilər kecirilməyəcək

Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi qlobal pandemiya, həmçinin ötən il Ermənistan və Azərbaycan arasında baş vermiş müharibə səbəbindən təxirə salınmışdı.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin parlamentə təqdim etdiyi hesabatda bildirilib.

Qeyd edilib ki, Gürcüstan yaxın gələcəkdə prosesin bərpası üçün müvafiq işlər görməyə tam hazırdır.

“Komissiyaların iclasları, delimitasiya və demarkasiya prosesi davam etməlidir”, – sənəddə vurğulanıb.





Mənbə: https://report.az/xarici-siyaset/bas-nazir-gurcustan-azerbaycanla-serhedin-delimitasiyasina-hazirdir/

Comments are closed, but trackbacks and pingbacks are open.