Baş Prokurorluğun əməkdaşları veteran Firudin Məmmədovu ziyarət ediblər

Baş Prokurorluğun əməkdaşları veteran Firudin Məmmədovu ziyarət ediblər



Bas Prokurorlugun əməkdaslari veteran Firudin Məmmədovu ziyarət ediblər

Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Firudin Məmmədovun 85 illik yubileyi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə onun yaşadığı mənzilə gələrək Baş Prokurorluğun rəhbərliyi adından yubilyarı təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı arzulayıblar.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir kİ, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb.

Təbriklərə görə təşəkkürünü bildirən Firudin Məmmədov uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə edib.





Mənbə: https://report.az/daxili-siyaset/bas-prokurorlugun-emekdaslari-prokurorluq-orqanlarinin-veterani-firudin-memmedovu-ziyaret-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.